Xırdalanda yeni çəkilmiş asfaltı kim qazıb? - ARAŞDIRMA - VİDEO

Xəbər verdiyimiz kimi Xırdalan şəhərində su və kanalizasiya xətləri dəyişdirildikdən sonra ötən ay Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Mehdi Hüseynzadə küçəsi əsaslı şəkildə təmir edildi. Lakin çox keçmədi ki, çəkilmiş asfalt örtüyü yenidən qazıldı. Bu barədə sakinlər redaksiyamıza şikayətlər ünvanladığı üçün Avtosfer.az">Avtosfer.az-ın əməkdaşı həmin küçəyə yollandı.
Çəkiliş zamanı məlum oldu ki, asfalt örtüyü "Eko Park" şirkəti tərəfindən tikilən yeni binalara kanalizasiya xəttinin çəkilməsi üçün qazılıb. Sakinlər haqlı narazılıq edərək bildirir ki, kanalizasiya xəttini asfalt örtüyü yenilənməmişdən qabaq da çəkmək olardı.
Əməkdaşımız məsələni aydınlaşdırmaq üçün şirkət nümayəndəsi ilə əlaqə saxlayan zaman o günahı dövlət qurumlarının üzərinə atıb. "Biz onlara deyə bilməzdik ki, asfalt örtüyünün çəkilişini saxlayın, kanalizasiya xətti çəkək. Onsuz da bizim sözümüzə baxmayacaqdılar. Günah bizdə deyil. Dövlət qurumlarının xəbəri var idi ki, biz bura kanalizasiya xətti çəkəcəyik".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli ilə əlaqə saxladıq. O bildirdi ki, biz asfalt örtüyünü Abşeron Rayon İcra Hakimiyyətinin sifarişi əsasında çəkmişik. Yəni onlar maliyyə vəsaiti ayıraraq həmin küçənin asfaltlanmasını bizə tapşırıb. Yerdə qalan kommunikasiya xəttləri, infrastruktur bir başa icra hakimiyyətinin tabeliyində olan məsələlərdir.
Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat şöbəsindən isə bildirdilər ki, kanalizasiya xəttini çəkən orqan Azərsu Açıq Səhmdar Cəmiyyətidir. Ona görə də onlar cavabdeh olmalıdır.
Azərsu Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı ilə əlaqə saxladıq. O isə bildirdi ki, burada Azərsu ASC-nin heç bir günahı yoxdur. "Bina tikən şirkət bizə müraciət edən zaman biz ona texniki şərt veririk və kanalizasiya xəttinin haradan çəkilməsini göstəririk. Yerdə qalan məsələlərin bizə aidiyyəti yoxdur. Məsuliyyəti bir başa "Eko Park" şirkəti daşıyır. Onlar asfalt örtüyünün çəkildiyini bilən zaman işin dayandırılması ilə bağlı İcra Hakimiyyətinə və ya AAYDA-ya müraciət etməli idi. Müraciət etməyiblərsə günah özlərindədir".
Fərid
Motosikleti bir təkər üzərində sürən şəxsi polis saxlayıb cərimələdi - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO













