Banner

Xırdalanda yol çöküb, amma düzəldən yoxdur: Sürücülər təhlükə altındadır - VİDEO

Avtosfer TV 23 Aprel 2025 11:00 Oxunub 582
Xırdalanda yol çöküb, amma düzəldən yoxdur: Sürücülər təhlükə altındadır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir neçə gün öncə intensiv yağan yağışlar nəticəsində Xırdalan şəhərində asfalt örtüyü çöküb. Bu barədə bir neçə sürücü redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, Mehdi Hüseynzadə küçəsində ("Eko Park" yaşayış kompleksinin qarşısında) yolun çökməsi nəticəsində sağ zolaqda hərəkət mümkünsüzləşib. Sürücülər həmin yerdə əks yola çıxmağa məcbur qalırlar. Avtomobillərin çuxura düşməməsi üçün insalar çökmüş hissəyə maneə qoyublar.

Ümid edirik ki, aidiyyəti qurumlar tez bir zamanda yaranmış problemi aradan qaldıracaq.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh