Xırdalanda yol polisi təhlükə yaradan "avtoşu" saxlayıb məhkəməyə apardı: Sürücü 1 illik... - VİDEO

Xırdalan şəhərində avtoxuliqanlıq edən sürücü saxlanılaraq məsuliyyətə cəlb edilib. Bu barədə Avtosfer.az-a Abşeron rayon Polis İdarəsindən məlumat verilib. Belə ki, Xırdalan şəhərinin bir neçə küçə və prospektlərində hərəkət edən 77-EU-463 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud və davamlı şəkildə pozaraq təhlükəli hərəkətlərə yol verib. Sosial şəbəkədə yayılmış görüntüdən də aydın şəkildə görünür ki, sürücü gah avtomobilin qeydiyyat nişanını çıxararaq sürüb, gah da əlində saxlayaraq maşından bayıra çıxarıb. O, bu hərəkəti etməklə özünü həm kənardakı insanlara, həm də sosial şəbəkə istifadəçilərinə göstərməyə çalışıb. Sürücü eyni zamanda manevr və ötmə qaydalarını kobud şəkildə pozaraq yol hərəkətinin digər iştirakçılarına təhlükə yaradıb.
Yayılmış bu görüntülər əsasında Abşeron rayon Dövlət Yol Polisi əməkdaşları dərhal sürücünün məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər həyata keçirib. Məlum olub ki, bu əməlləri törədən sürücü Abbasov Arif Elbəniz oğludur.
Törətdiyi xətalara uyğun olaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib və toplanılmış materiallar aidiyyəti üzrə Abşeron rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə sürücü 500 manat məbləğində cərimə edilməklə nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Könül
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











