Xırdalanın mərkəzi yolları zibilliyə çevrilib - İcra hakimiyyəti hara baxır? - VİDEO

Xırdalan şəhərində tullantılar vaxtında yığışdırılmadığı üçün küçələr zibilliyə çevrilib. Bu barədə şəhər sakinləri redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıblar. Onlar bildirir ki, normalda hər gün və ya günaşırı zibil yeşikləri xüsusi avtomobillərlə yığışdırılmalıdır. Lakin zibillər günlərlə yığışdırılmadığı üçün səkilər, yollar zibil poliqonuna çevrilib. Oxucuların Nizami Gəncəvi və Mehdi Hüseynzadə küçələrinin müxtəlif yerlərindən çəkdikləri görüntülərdən də aydın şəkildə görünür ki, aşıb-daşmış zibillər piyadaların yolunu kəsib. Hətta külək əsən zaman yığılmış zibillər avtomobil yollarına da səpələnir.
Bu mənzərənin yaşanması Xırdalan şəhərində ilk dəfə deyil. Dəfələrlə sakinlər zibillərin yığılıb qalmasından şikayətlənirlər. Çox təəssüf ki, Abşeron rayon İcra Hakimiyyəti və Mənzil Kommunal İstehsalat Birliyi bu mənzərəyə göz yumur. Nəticədə Xırdalan insana şəhəri yox, zibilliyi xatırladır. Havaların isti keçməsi isə ətrafa üfunət yayır.
Leyla
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











