Yağışlı havada sürücü və piyadalar necə davranmalıdır? – CƏRİMƏSİ VAR - VİDEO

“Sürücülərin yağışlı havada hüquq və vəzifələri, eyni zamanda piyadaların davranışı” mövzusundakı Avtosfer.az-ın suallarını Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polkovnik-leytenant Rövşən Tağıyev cavablandırıb.
Rövşən Tağıyev bildirib ki, sürücülər yol hərəkəti qaydalarına ciddi diqqət etməlidirlər.
“Qarşıdan qış fəsli gəlir. Qış fəslində əsasən yağışlı hava şəraiti müşahidə olunur. Belə hava şəraitində bütün sürücülərimiz diqqətli olmaldırlar. Həmçinin sürrət həddinə fikir verməlidirlər. Yağışlı havalarda ən çox qarşılaşdığımız istər maddi ziyanla, istərsə də xəsarətlə bağlı yol-nəqliyyat hadisələrində ən problemli nöqtə sürücülər tərəfindən nəqliyyat vasitəsinin yüksək sürrətlə idarə olunmasıdır. Elektron tablolarda avtomotik olaraq sürrət həddini aşağı salırıq. Lakin siz də bizlə razılaşarsınız ki, yol nişanı vasitəsi ilə qoyulmuş sürrət həddini yağışlı havaya görə dəyişə bilmirik. Hər bir sürücü hava və yol şəraitinə uyğyn olaraq öz sürrətini müəyyən etməlidir. Yağışlı havalarda sürət aşağı salınmalıdır. Nəzər alınmalıdır ki, belə havalarda piyadalar da harasa tələsirlər, yağışdan qaçmaq üçün yolu tez və ya müəyyən olunmamış yerdən yolu keçirlər. Ona görə də mən elə düşünürəm ki, şəhər daxilində sürrət həddi nizamlansa yol-nəqliyyat hadisələrinin sayı azala bilər. Eyni zamanda piyadalardan xahişim ondan ibarətdir ki, belə havalarda daha da məsuliyyətli olsunlar. Avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu keçsinlər. Yağışlı havalarda mümkün qədər yola çıxmasınlar”.
Şöbə rəisi qeyd edib ki, səkilərimiz elə də böyük deyil və yolun kənarında olan su gölməçəsindən keçən sürücülər avtomobili elə formada idarə edir ki, səkidə hərəkət edən və ya dayanacaqda dayanan piyadalar islanırlar.
“Ona görə də bu məsələdə piyadaları da düşünək. Sürücülər avtomobilində rahat otururlar. Amma piyadalar məcbur qalır ki, soyuq havada iş yerlərinə piyada getsinlər. Bir daha sürücülərdən xahiş edirəm ki, piyadaları anlayışla qarşılasınlar. Sürücülər bir məsələni də nəzərə alsınlar ki, yol kənarındakı su gölməçəsindən keçərkən hər hansı ticarət obyektinin və ya piyadaları isladan sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 40 manat məbləğində cərimə ediləcəklər. Həmin sürücülər kameralar vasitəsilə müəyyən olunub, aşkar edilir və barələrində inzibati xəta protokolu tərtib edilir”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO










