Yağışlı havada təhlükə yaradan sürücü: Bu hərəkət qəzaya səbəb olur - VİDEO

Yağışlı havada sürücülər daha diqqətli olmalıdır. Çünki yolun yaş olması, yaxud ora suyun yığılması qəzaya səbəb ola bilər. Oxuculardan birinin təqdim etdiyi videoda isə mənzərə bir qədər fərqlidir. Belə ki, dekabrın 9-da Heydər Əliyev prospekti kənar yolda hərəkətdə olan sürücü soldan ötmə edən "Hyundai" markalı sürücünün yaratdığı təhlükə ilə üz-üzə qalıb. Belə ki, yüksək sürətlə hərəkət edən sürücü yola yığılmış suyu digər sürücünün avtomobilinin ön şüşəsinə sıçradıb. Bu isə sürücünün görmə dairəsini məhdudlaşdırıb.
Şüşəsilənlərin gücünü artıran sürücü vəziyyətdən çıxa bilib. Lakin bu onun qəza törətməsinə səbəb ola bilərdi.
Qeyd edək ki, sulu və ya palçıqlı yolda piyadalara, binalara və ətrafdakı nəqliyyat vasitələrinə qəsdən su sıçradılması hər bir sürücüdə, İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.1.5 maddəsinə əsasən, 40 manat məbləğində inzibati cərimə öhdəliyi yaradır.
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO










