Yanğınla mübarizəyə əngəl olan sürücülərin maşınlarını əzmək olarmı? - FHN-dən CAVAB - VİDEO

Paytaxtın müxtəlif yerlərində fövqəladə hallar zamanı həm iaşə və məişət obyektlərinin yanğından mühafizəsi üçün, həm də yanğın söndürən maşınların su təchizatı üçün nəzərdə tutulmuş yerüstü yanğın hidrantları təşkil edilib.
Avtosfer.az xəbər verir ki, belə qurğular baş vermiş yanğınlarda təhlükənin qarşısını almaqda önəmli rola malikdir. Lakin bəzi sürücülər sanki hidrantların əhəmiyyətini anlamayıb avtomobilini onların önündə paklayır. Bu isə baş vermiş yanğının söndürülməsinə mane olur.
Xarici ölkələrin bir çoxunda belə hallarda avtomobilin şüşələrini sındırıb, su borusunu hidranta qoşurlar. Bəs ölkəmizdə yanğın zamanı yerüstü yanğın hidrantının önündə avtomobil parklanıbsa hansı tədbirlər görülür?
Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a bildirilib ki, qanunvericiliyin tələbinə uyğun olaraq belə hallarda aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət olunur. Yalnız müraciətdən sonra həmin nəqliyyat vasitəsi oradan götürülə bilər. Qurumdan verilən məlumata görə, belə hallar baş verməsin deyə sürücülərlə tez-tez maarifləndirici görüşlər keçirilir, mövzuyla bağlı məlumat verilir.
Hər birimiz başa düşməliyik ki, ən kiçik yanğın belə vaxtında söndürülməsə böyük təhlükəyə çevrilir. Bəzi vətəndaşların belə məsələlərə məsuliyyətsiz yanaşması ciddi problemlərdən biridir. Ümid edirik ki, sürücülər avtomobili park edərkən daha diqqətli olar.
Məhəbbət Tərlanoğlu
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











