Yanğınsöndürən avtomobilə yol verməyən sürücü - VİDEO

Bizdə vaxtaşırı olaraq xüsusi təyinatlı avtomobillərə yol verməyən sürücülərin videosu saytlara yol tapır. Kimi yanğınsöndürən avtomobilə yol vermir, kimi hərbi kolona qoşulub hərəkət edir, kimi də “təcili yardımın arxasınca sürür”. Amma obyektivlik naminə deyək ki, belələrinin sayı ilbəil azalır.
Avtosfer.az xəbər verir ki, belə sürücülər tək bizdə deyil. Yol intizamı ilə seçilən Almaniyada da belələrinə rast gəlinir.
Videoda görünür ki, qırmızı işıqda gözləyən yaşıl rəngli avtomobil çağırışa tələsən yanğınsöndürən avtomobilə yol vermir. Sürücü səs və işıq siqnallarını qoşsa da, “Skoda”nın sürücüsü buna məhəl qoymur. Nəhayət solda gözləyən avtomobil irəli gedərək yolu açır. Yaşıl avtomobil isə yalnız yaşıl işıq yandıqdan sonra hərəkətə keçir.
Bəs bu sürücüyə hansısa cəza düşürmü?
Avropa ölkələrində xüsusi avtomobillərə yol verməmək ciddi qayda pozuntusu hesab edilir. Bu əmələ görə ölkədən və nəticə\dən asılı olaraq 100 avrodan bir neçə min avroyadək cərimə, 3-5 cərimə balı, sürücülük hüququndan məhrumetmə və hətta həbs də tətbiq edilə bilər.
Vüqar
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











