Yasamalda avtobus dayanacağında "obyekt" açıb işlədən kimdir? - VİDEO
Son günlər Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində avtobus zolaqları və dayanacaqları zəbt edən sürücülərlə bağlı müxtəlif tədbirlər həyata keçirir. Bu günlərdə Avtosfer.az-la birlikdə keçirilən reyd zamanı maraqlı bir mənzərə ilə qarşılaşdıq. Yasamal rayonu, Şərifzadə küçəsində - "İnşaatçılar" metrostansiyasının qarşısında avtobus dayanacağında ticarət obyekti açılıb. Belə ki, bir nəfər avtomobili avtobus dayanacağında saxlayıb, qarşısında isə dəzgah var və açar təmiri ilə məşğul olur. Hətta yaxınlıqdakı digər obyektdən elektrik enerjisi də çəkilib. Bu səyyar xidmət sahəsinin dayanacaqda fəaliyyət göstərməsi isə avtobusların ikinci cərgədə saxlamasına səbəb olur.
Avtosfer.az-ın baş redaktoru Elməddin Muradlı obyekti işlədən şəxsə irad bildirərək ona qanunvericiliyi xatırladıb. Amma şəxs sadəcə bu sözlərə qulaq asmaqla kifayətlənib. Görünür daha yaxşı "dayağı" olduğundan bu qədər arxayın davranır və dayanacağı obyektə çevirə bilir. Həmin görüntüləri təqdim edirik. Ümid edirik ki, müvafiq qurumlar bununla bağlı tədbirlər görəcək.
Fərid
Özbəkistanda yeni seriya nömrə - ANT - VİDEO
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO











