Yasamalda motosiklet piyadanı vurub - VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 05.04.2025-ci il tarixində saat 19:00 radələrində Yasamal rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Mərkəzdən Avtosfer.az-a verilən məlumata görə çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Onların vəziyyəti ilə bağlı açıqlama verilməyib.
***
Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.
Belə ki, motosiklet sürücüsü idarəetməni itirərək yolu keçən piyadanı vurub.
Nəticədə piyada ağır xəsarət alıb. Qəza nəticəsində motosiklet sürücüsü də xəsarət alıb.
Əraziyə təcili tibbi yardım maşını və polis əməkdaşları cəlb edilib.
Hər iki şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO











