Yasamalda qadına mahnı qoşub avtobus zolağında oynatdılar - ANBAAN VİDEO

Bakıda yenə vətəndaşlardan birinin qeyri-adi hərəkətləri sosial şəbəkədə gündəm olub.
Avtosfer.az xəbər verir ki, paytaxtın Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində qadının yolun ortasında rəqs etməsinin görüntüləri yayılıb. Şəbəkə istifadəçilərinin dediyinə görə, qadının psixoloji problemi var və o, uzun müddətdir həmin hissədə yoldan keçənlərdən pul istəyir. Vaxtaşırı ətrafdakı obyekt sahibləri, ərazi sakinləri tərəfindən mahnı qoşulur və 20-30 qəpik qarşılığında videodakı kimi oynamağa məcbur edilir.
Videodan da göründüyü kimi, qadını oynamağa təhrik etmək üçün ətrafdakılar tərəfindən musiqi qoşulub, oynamağının da görüntülərini çəkib yayıblar. Digər tərəfdən avtobus zolağında, yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulan hissəsində bu cür hərəkətlərin nəticəsi ağır ola bilər.
Qadını yolun ortasına salıb rəqsə məcbur etmək təkcə onun hüquqlarını tapdamaq deyil, həm o qadının, həm də başqalarının həyatını təhlükəyə atmaqdır. Aidiyyəti qurumlar bu məsələni nəzarətə götürsə, cəmiyyətin təhlükəsizliyinin təminatı üçün vacib addım atmış olarlar.
Səfər
Kuryer qadın sürücünün qarşısını kəsib döydü, başqa sürücü də onu əzişdirdi - VİDEO
Sumqayıtda azyaşlı yolda təhlükə saçdı: Qorxulu anlar yaşandı - VİDEO
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO










