Banner

Yasamalda taksi duracaqları digər avtomobillər tərəfindən zəbt olunur – SÜRÜCÜLƏR NARAZIDIR - VİDEO

Avtosfer TV 29 Avqust 2025 17:00 Oxunub 1536
Yasamalda taksi duracaqları digər avtomobillər tərəfindən zəbt olunur – SÜRÜCÜLƏR NARAZIDIR   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Yasamal rayonunda taksi duracaqları ilə bağlı vəziyyəti ilə bağlı sürücülərin narazılıqları artmağa davam edir.
Avtosfer.az xəbər verir ki, taksi sürücülərinin nəqliyyat vasitələrini saxlamaları üçün nəzərdə tutulan parklanmadan digər vətəndaşlar istifadə edir. Sürücülərin sözlərinə görə, bu dayanacaqlarda tez-tez qanunsuz parklanma hallarına görə onlar müştəri götürməkdə çətinlik çəkir. Belə ki, Bəsti Bağırova küçəsində yerləşən bu dayanacağ yolu dar olduğu üçün taksi sürücüləri mütləq şəkildə dayanacaqda saxlamalı və sərnişin götürməlidirlər. Lakin taksi sürücülərinin istifadə etməli olduğu dayanacaqlara digər, adi sürücülər avtomobillərini saxlayaraq həmin ərazini zəbt edirlər.
Məsələ ilə bağlı çəkiliş apardığımız zaman da belə halın şahidi olduq. Taksi dayanacağında qanunsuz parklanmış avtomobillərdən biri 01-CU-931 dövlət qeydiyyat nişanlı “Çangan” markalı, digəri isə 90-AN-501 dövlət qeydiyyat nişanlı “Lifan” markalı avtomobil olub.
Sürücülər aidiyyəti qurumlardan bu məsələyə diqqət yetirilməsini, taksi dayanacaqlarının məqsədinə uyğun istifadəsinin təmin olunmasını tələb edirlər.


Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh