Yaxtada partlayış baş verdi; qadın turist havada uçdu - VİDEO
Avtosfer TV 30 Avqust 2020 16:00 Oxunub 1020
Yaxtada partlayış baş verdi;  qadın turist havada uçdu - VİDEO

İtaliyada yaxtada baş verən partlayışın görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə ada limanı Ponzada qeydə alınıb.

Kadrlarda, qadın turist olduğu yaxtanın yanacaq çəninə, kiçik gəmilər üçün xüsusi hazırlanmış yanacaqdoldurma məntəqəsinin platformasına yaxınlaşdığı və orada işləyən işçinin verdiyi şlanqla benzin vurduğu görülür. Çən dolduqdan sonra isə, qadın şlanqı çəkir və işçiyə vermək istəyərkən partlayış olur. Zərbənin təsirindən qadın və işçi suya düşür. Ardınca da daha iki nəfər özünü gəmidən kənara atır.

Yerli KİV-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh