Yeniyetmə “Gelandewagen” sürərək ad gününü qeyd etdi - 14-HA-014 - VİDEO

Avtosfer TV 16 Mart 2026 17:00
Yeniyetmə “Gelandewagen” sürərək  ad gününü qeyd etdi  - 14-HA-014 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sürücülük hüququ olmadan avtomobil idarə edən yeniyetmənin görüntüləri sosial şəbəkədə yayılıb.

Avtosfer.az-ın məlumatına görə, görüntülər Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 14-HA-014 dövlət nömrə nişanlı “Mercedes G500” markalı avtomobilin sürücüsü sükan arxasındaykən doğum gününü qeyd edib. Kadrlardan aydın olur ki, o, maşınla ad günü tortuna yaxınlaşaraq üzərindəki “14” rəqəmini “15” ilə dəyişib. 

Başqa vaxt çəkilmiş videoda yeniyetmə yenidən avtomobili idarə edib və həmin anlar dostu tərəfindən lentə alınıb.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 335.1 maddəsinə əsasən, nəqliyyat vasitəsinin sahiblik hüququ olan şəxs tərəfindən avtomobili sürmək üçün sürücülük hüququ olmayan şəxsə verilməsinə görə, fiziki şəxslər 60 manat, vəzifəli şəxslər 200 manat,  hüquqi şəxslər isə 2 000 manat məbləğində cərimə edilirlər. 

Nərmin

Oxunub : 780
ŞƏRH YAZ
Ad

E-mail

Şərh