Yerüstü piyada keçidlərində lift niyə işləmir? - VİDEO

Avtosfer TV 8 Avqust 2023 08:00 Oxunub 940
Yerüstü piyada keçidlərində lift niyə işləmir?  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yerüstü piyada keçidində lift  var lakin işləmir.

Söhbət Paytaxtın Suraxanı rayonu Zığ şosesində quraşdırılan piyada keçdindən gedir.

Liftin işləməməsi  daha çox yaşlılara, eləcə də uşaq arabası  olan şəxslərə problem yaradır. Belə olan halda isə bəzi  piyadalar maşın yoluna çıxaraq digər tərəfə keçirlər.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladıq.

Qurumdan  bildirildi ki, sözügedən ərazidəki piyada keçidi tam istifadəyə verilməyib. Keçid istismara tam hazır olanda lift də işlək vəziyyətdə olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh