Yol adıyla cığır çəkənlər və ya qəza qurbanlarına görə cəzasız qalanlar... - VİDEO

Üç nəfərin öldüyü bu qəzanın görüntülərinə baxanlar çoxdur. Fikir vermisinizsə orada yol təsərrüfatına yad elemetnler çoxdur. Darısqal yol, yolun iki metrliyində tikilən ev və ya obyekt, nişanlanma xətlərinin olmaması və sair. Hələ yolun texniki vəziyyəti lap dəhşətlidir.
Bu qəzaya görə həbs olunası adamlar birinci növbədə o yolu o vəziyyətdə çəkənlər olmalıdır. İcra Hakimiyyətindən tutmuş yol mühəndisi adıyla orada iş görən digər qurumların dördayaqlı, qulağı uzunsov əməkdaşları həbsə atılmalıdır.
Yalandan haranısa cığır kimi yola çevirib üstünə asfalt çəkmək sadəcə, biabırçılıqdır. Bakının ən azı 5 rayonunda vəziyyət bu cürdür.
Alternativ yol kimi çəkilən yolların çoxunu bax beləcə, başdansovdu formada çəkiblər.
Sabunçu, Binəqədi, Abşeron, Səbail, Qaradağ, Suraxanı kimi rayonları, eləcə də Abşeronu analiz edib dərindən araşdırma aparsılar görərlər ki, hər gün yollarda ölümlə nəticələnən qəzaların yarıdan çoxu məhz yolların vəziyyətinə görədir. İşıqlandırmanın olmaması isə başqa bir dərddir.
Ləyaqətini puldan aşağı tutan məmurlar cəzalansa insanlar qəza qurbanına çevrilməz.
Elməddin Muradlı
Kuryer qadın sürücünün qarşısını kəsib döydü, başqa sürücü də onu əzişdirdi - VİDEO
Sumqayıtda azyaşlı yolda təhlükə saçdı: Qorxulu anlar yaşandı - VİDEO
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO










