Yol boyu siqaret çəkib telefonla danışan sürücü sərnişinləri təhlükəyə atdı - VİDEO

Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsində qayda pozan avtobus sürücüsü sərnişin tərəfindən videoya çəkilib.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 5-də günorta saatlarında qeydə alınıb. Kadrdan da göründüyü kimi, 7 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 50-AF-379 dövlət nömrə nişanlı “Yutong” markalı avtobusun sürücüsü sükan arxasında siqaret çəkə-çəkə mobil telefonla danışıb. Hətta başı söhbətə qarışan sürücü hər iki əlini sükan çənbərindən də çəkib.
Sərnişinin iddiasına əsasən, sürücü nəqliyyat vasitəsini yüksək sürətlə idarə edərək yol boyu telefonla danışıb: “Normalda avtobuslar 16-cı mikrorayon dairəsindən “Kolxoz bazarı” adlanan əraziyə 30 dəqiqəyə çatır. Lakin sözügedən sürücü 15 dəqiqə sonra artıq bazarın dayanacağına çatmışdı”.
Şikayətçi avtobusların əksəriyyətində azyaşlıların “konduktor” kimi işlədiyini də vurğulayıb.
O, məsələylə bağlı dəfələrlə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etdiyini, lakin şikayətlərinin cavabsız qaldığını bildirib.
Nərmin
Kuryer qadın sürücünün qarşısını kəsib döydü, başqa sürücü də onu əzişdirdi - VİDEO
Sumqayıtda azyaşlı yolda təhlükə saçdı: Qorxulu anlar yaşandı - VİDEO
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO










