Avtosfer.az | Reklam
Yol çökdü, yük maşını şahə qalxdı - VİDEO
Avtosfer TV 9 Avqust 2020 14:49 Oxunub 1642
Yol çökdü, yük maşını şahə qalxdı - VİDEO

Türkiyənin Kayseri vilayətində yük maşınının ağırlığına tab gətirə bilməyən yol çöküb. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə  Kocasinan rayonunda qeydə alınıb.

Məlumata görə, “Əməd Paşa” küçəsində hərəkətdə olan, 38 SR 891 qeydiyyat nömrə nişanlı qum yüklü maşının ağırlığına tab gətirə bilməyən yol çöküb. Çökən yol düşən yük maşını isə şaha qalxıb.

Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri, texnikanın köməkliyi ilə maşını düşdüyü yerdən çıxarıblar.

Bildirilir ki, qəza nəticəsində ölən və ya xəsarət alanan olmayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh