Yol kənarında qanunsuzluq aşkarlayan deputat qaydanı belə pozdu - VİDEO

Deputat Razi Nurullayev Balaxanı-Mehdiabad yolunda çəkdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az xəbər verir ki, deputat yolboyu hündür hasarların çəkilməsini və bunun faydasız olduğunu tənqid edib. Görünüşü məhdudlaşdıran həmin hasarların ürəksıxıcı olduğunu bildirən deputat bura ayrılmış pullarla yolkənarı yaşıllıq zonasının yaradılmasını məqsədəuyğun hesab edib. O, eyni zamanda Bakı-Ələt yolundakı hasarları da tənqid edib.
Çəkiliş zamanı sərnişin qismində olan deputatın təhlükəsizlik kəmərindən istifadə etməməsi də videogörüntüyə aydın şəkildə əks olunub. Bu cür tanınmış şəxslər qaydalara əməl edərək insanlara nümunə olmalıdır. Lakin parlamentdə qəbul edilən qanunu deputatın özü pozursa sadə vətəndaşlardan nəyi tələb etmək olar?
Fərid
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











