Yol nişanı aşıb, sürücü maşını saxlayanda cərimələnir - VİDEO

Yasamal rayonunda yaşayan vətəndaşlar uzun müddətdir davam edən bir problemdən narazılıqlarını bildiriblər.
Avtosfer.az-ın sosial media hesabına göndərilən videomüraciətdə qeyd olunub ki, Murtuza Muxtarov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsindən sonra ictimai nəqliyyatla bağlı məlumat nişanı qəzalı vəziyyətdədir və hər an aşa bilər.
Vətəndaşların sözlərinə görə, bu vəziyyət bir müddətdir davam edir və ərazi əsas yollardan kənarda olduğu üçün yol nişanı aidiyyəti qurumların gözündən yayınır. Nişanın küləkli havada yıxılaraq insanların sağlamlığına xələl gətirmə ehtimalı da ciddi narahatlıq doğurur. Bundan əlavə, belə baxımsız görüntülər paytaxt küçələrinin ümumi görünüşünə də mənfi təsir edir. Digər tərəfdən nişanı görməyən sürücülər nəqliyyat vasitələrini dayanacaqda saxlayır, bu da cəriməyə səbəb olur.
Sakinlər qeyd edilən problemin aidiyyəti qurumlar tərəfindən həll edilməsini xahiş edir.
Fidan
Kuryer qadın sürücünün qarşısını kəsib döydü, başqa sürücü də onu əzişdirdi - VİDEO
Sumqayıtda azyaşlı yolda təhlükə saçdı: Qorxulu anlar yaşandı - VİDEO
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO










