Yol polisi bu avtomobillərin sürücülərini cərimələyir - VİDEO

Yol polisi Rusiya istehsalı olan bəzi avtomobillərin arxa yayının aşağı olması səbəbindən cərimələr tətbiq edir.
Maraqlısı burasındadır ki, sürücü heç bir müdaxilə etməsə də, bu, qanun pozuntusu sayılır. Əslində isə avtomobilin üzərində olan elə istehsalçı zavodun müəyyən etdiyi yaylardır.
Avtosfer.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, son günlər Rusiya istehsalı olan avtomobil idarə edən bəzi sürücülər belə bir problemlə qarşılaşırlar. Avtomobilin arxa yaylarına heç bir müdaxilə olmasa da, bu sürücülər saxlanılır və avtomobilə konstruksiya dəyişikliyi edildiyi deyilir.
Avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə, yol polisinin konstruksiya dəyişikliyi kimi qeydə aldığı avtomobilləri yoxladıqda məlum olur ki, əslində heç bir dəyişiklik yoxdur.
Sahil Ağabəyli bildirir ki, avtomobillərin arxa hissəsinin aşağı olmasının səbəbi yayların keyfiyyətsizliyidir.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov qeyd edir ki, avtomobillərin yaylarının ölçüləri ilə bağlı konkret standart yoxdur. Sürücüyə buna görə cərimə yazıla bilməz.
Ərşad Hüseynovun sözlərinə görə, “Yol hərəkəti haqqında” qanunun 83-cü maddəsinə əsasən, nəqliyyat vasitəsində hər hansı texniki nasazlığın olması yalnız xüsusi texniki vasitələrlə müəyyən edilməlidir. Qanunvericiliyə əsasən, xüsusi texniki vasitələrlə yoxlama aparılmadan heç bir sürücüyə cərimə tətbiq edilə bilməz.Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
“Priora” ilə yol polisindən qaçan vəsiqəsiz sürücü “Kamaz”la toqquşdu - FOTO - VİDEO
Yeniyetmə “Gelandewagen” sürərək ad gününü qeyd etdi - 14-HA-014 - VİDEO
“Mercedes” havada uçaraq restorana çırpıldı – Sürücünün 80 yaşı var - VİDEO
Qəfil manevr sürücünü sarı torda saxladı – Boş yerə CƏRİMƏLƏNDİ - VİDEO
“Audi” ilə təhlükəli manevrlər edən sürücü evə piyada getdi - VİDEO
Sürücüsü və nömrəsi bəlli olmayan maşın iki piyadanı vurub asfalta çırpdı - VİDEO
Qadın sürücü “Nissan”ı səkiyə çıxarıb skuteri vurdu - VİDEO
Mərdəkanda təhlükəli manevr edən sürücü qəza şəraiti yaratdı, ardınca… - VİDEO
Sərxoş usta müştərinin avtomobilini qaçırdı - Polis qovanda 7 maşını əzdi - VİDEO
Nəsimidə təhlükə saçan sürücü avtomobil və piyadaları gözardı etdi - VİDEO
Bakıda maşın yola qaçan qadını vurdu - Günah kimdədir? - REAL VİDEO










