Yol polisi "kruq plyonkalı", nömrəsiz "Naz Lifanı" İdarəyə gətirdi - VİDEO - FOTO

Bir neçə gün əvvəl Avtosfer.az-da avtomobilin bütün şüşələri qara plyonka ilə örtülü olan "Naz Lifan" markalı avtomobil barədə videomaterial yayımlanmışdı. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, 99 EJ 017 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Elçin Abdullayev İdarəyə dəvət olunub. "Araşdırma zamanı müəyyən edilib ki, avtomobili sürücünün yeniyetmə oğlu ondan xəbərsiz olaraq götürüb və plyonka çəkdirib. Sürücü özü də etiraf etdi ki, bu addım yanlışdır və səhhəti ilə əlaqədar olaraq evdə müalicə olunduğu üçün avtomobildən xəbərsiz olub."
Bölmə rəisi onu da əlavə edib ki, törədilmiş xəta yerindəcə həll olunub. "Avtomobilin plyonkaları söküldü, dövlət nömrə nişanı yerinə bağlandı və sürücü ilə profilaktiki söhbətlər aparıldı. Dövlət yol polisi bir daha vətəndaşların nəzərinə çatdırır ki, bu cür qayda pozuntularına yol verməsinlər. Yol polisi belə neqativ halları aşkarlayıb müvafiq tədbir görəcək."
Ətraflı videomaterialı təqdim edirik:
Orxan
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO














