Yol polisinin cərimələdiyi sürücü yenidən gündəmdə - “Peredok"u 50 manata salıram - VİDEO

Avtosfer TV 23 Fevral 2024 16:14 Oxunub 16292
Yol polisinin cərimələdiyi sürücü yenidən gündəmdə - “Peredok"u 50 manata salıram   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir neçə gün əvvəl Avtosfer.az saytında “Lovğalıq üçün qayda pozan sürücü – Avtomobilin nömrəsini çıxarıb, qabağını qaldırıb” başlıqlı xəbər dərc edilmişdi.

Avtosfer.az xəbər verir ki, 77-PL-320 qeydiyyat nişanlı, "Khazar" markalı avtomobil sürücüsü bu dəfə isə “TikTok”da canlı yayım açaraq yenidən lovğalıq edib. O, avtomobilin konstruksiyasına etdiyi müdaxilədən, yəni qabağını qaldırıb, arxasını aşağı salmağından danışaraq bildirib ki, ““peredokdu” da 50 manat verib, salıram.” Həmçinin yol polisi əməkdaşlarının buna görə ona “ilişdiyini” də qeyd edərək deyib ki, maşın yaxın zamanda cərimə meydançasında olub.

İzləyicilərdən birinin bu hərəkətin cəmiyyətə zərər vurması barədə sözünə isə “Cəmiyyətə xeyrimiz dəyib, yəni 44 gündə cəmiyyətə görə canımızı ortaya qoymuşuq. İki-üç dəfə yaralanmışıq. “Gic-gic” şeylər satanları azaltmaq lazımdı. Mən cəmiyyətə nə ziyan vururam?”- deyə cavab verib.

Daha sonra izləyicinin haqlı fikirlərinə əsəbləşib və ona aqresiv cavablar verib.

““Vid” verib sürürük. Tanıyan tanıyır ki, mən uşaqlıqdan – 12-13 yaşımdan maşını belə sürmüşəm. Əziyyət çəkib Azərbaycan qanunlarını bərpa etmişik. Boş-boş danışmayın. Gedərdiniz də cəbhəyə, hərə bir bayraq asdı çiyninə düşdü küçələrə”.   

Qanunları bildiyini deyən "Khazar" markalı avtomobilin sürücüsü əlavə olaraq da yaxın günlərdə cərimə meydançasından çıxarkən avtomobilin arxa buferinin dəmir boruya vurduğunu, nəticədə sındığını fəxr hissi iləizləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, 77-PL-320 qeydiyyat nişanlı, "Khazar" markalı avtomobil sürücüsü paytaxtın müxtəlif yollarında ön qeydiyyat nişanını çıxararaq və avtomobilin konstruksiyasına müdaxilə edərək hərəkət edir. Sosial şəbəkələrdə paylaşdığı videolardan anlamaq olur ki, sürücü qaydaları sadəcə “fors” üçün pozur. Bu tipdə onlarla video çəkib, “Tik-tok”da paylaşan sürücünün belə qaydalar pozması barədə saytımızda dəfələrlə xəbərlər dərc olunub.

Görünən odur ki, sürücü onun üçün görülən tədbirlərdən dərs çıxara bilmir.

Xatırladaq ki, paylaşılan videolar və canlı yayımda istifadə olunan sözlər xüsusilə də azyaşlılar üçün pis örnəkdir. Ümid edirik ki, sürücü barəsində müvafiq qurumlar yaxın zamanda ciddi tədbir görəcək.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh