Yol polisinin yanında qəza şəraiti yaradıb qaçdı - 10-FM-099 - VİDEO

Paytaxtın Sabunçu–Balaxanı yolunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, 10-FM-099 dövlət nömrə nişanlı “Hyundai Grandeur” markalı avtomobilin sürücüsü sol zolaqda hərəkət edən nəqliyyat vasitəsinə əhəmiyyət vermədən qəfil həmin zolağa keçib və görüntünü qeydə alan sürücüyə qəza riski yaradıb.
Xoşbəxtlikdən, təhlükə ilə üzləşən sürücü vaxtında dayanaraq qəzadan son anda yayına bilib. Qeyd edək ki, qayda pozuntusu yol polisi xidməti avtomobilinin həmin ərazidən keçdiyi vaxt baş verib.
Xatırladaq ki, sürücü manevr etməzdən əvvəl keçəcəyi zolağın boş olduğuna əmin olmalıdır. Əks halda bu, qayda pozuntusu hesab olunur və qəza ilə nəticələnə bilər. Təəssüf ki, bəzi sürücülər dönmə işığını yandırmağı kifayət hesab edərək diqqətsiz şəkildə zolaq dəyişirlər ki, bu da ciddi təhlükə yaradır.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












