Yol polisləri xidməti avtomobillə piyadaları vurdu – Qadın və uşaq...  - VİDEO

Avtosfer TV 6 Mart 2026 20:06
Yol polisləri xidməti avtomobillə piyadaları vurdu – Qadın və uşaq...  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yol polisi əməkdaşları xidməti avtomobillə qəza törədiblər. Avtosfer.az xəbər verir ki, Rusiyanın Leninqrad vilayətində baş verən hadisə kameraya düşüb. Məlumata görə, Tosnenski rayonunda yüksək sürətlə idarə olunan yol polisinə məxsus xidməti avtomobil nizamlanmayan piyada keçidindən keçən qadın və uşağı vurub. Zərbənin təsirindən uşaq əks istiqamətə qadın isə avtomobilin önünə düşüb. Qəza nəticəsində hər iki piyada xəsarət alıb. Zərərçəkənlərin köməyinə ilk olaraq qəza törədən yol polisi əməkdaşları çatıb. Daha sonra hadisə yerinə təcili tibbi yardım çağırılıb. Yaralılar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Oxunub : 1274
ŞƏRH YAZ
Ad

E-mail

Şərh