Yol qəzaları ilə bağlı dəhşətli statistika açıqlandı - VİDEO

Avtosfer TV 22 Yanvar 2024 22:41 Oxunub 614
Yol qəzaları ilə bağlı dəhşətli statistika açıqlandı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2023-cü il ərzində respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı ötən illə müqayisədə 1,9 faiz azalaraq 1636 olub.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Məlumata görə, qəzalardan 941-i, başqa sözlə 57.5 faizi sutkanın gecə və alatoranlıq vaxtında baş verib ki, nəticədə 591 nəfər həyatını itirib, 718 nəfər isə yaralanıb.

Qəzaların 649-u piyada vurma hadisəsi ilə bağlıdır ki, bu da ümumi yol-nəqliyyat hadisələrinin 39.7 faizini təşkil edir. Piyadaların vurulması ilə nəticələnən qəzaların mütləq əksəriyyəti də məhz sutkanın qaranlıq vaxtı, yaxud məhdudiyyətli görünmə şəraitində baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Hacıyev deyib ki, piyadaların ölümünə səbəb olan qəzalar əksər hallarda sutkanın qaranlıq vaxtlarında olur. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh