Yol qəzalarının əsas səbəbləri bunlardır – Həkim və ekspertdən önəmli AÇIQLAMALAR - VİDEO

Ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin başvermə səbəbləri müxtəlifdir. Amma dünya üzrə aparılan araşdırmalar sübut edir ki, qəzalarda ölüm və ağır xəsarətin əsas səbəbi sürət həddi ilə birbaşa bağlıdır.
Baş travmatoloq İlqar Qasımov bildirib ki, ağır qəzalarda iç orqanlar dağılır, dalaq, qaraciyər, ağ ciyərin zədələnməsi nəticəsində qanaxma olur. Beyin genatomaları olur da qaçılmazdır. Hətta ciddi zərbələrdə ürək qopması da ola bilir.
Bəli bütün bunlar insan bədəninin ağır zərbə nəticəsində zərər gördüyü nahiyyələridi. Əgər düşünsək ki, tıxaclı paytaxda bu qəzalar baş verir və təcili yardımın saatlarla tıxacda qalması, eləcə də yol verilməməsi ölüm riskini daha da artırır.
Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru Pərviz Allahverdiyev deyir ki, ölümlə nəticlənən yol qəzalarının qarşısını almaq üçün tədbirlər görülür, intizamsız sürücülər qanunla cəzalandırılır: “Sürət həddinin düzgün seçilməməsi, təhlükəsizlik kəmərindən istifadə olunmaması, bəzən də nəqliyyat vasitəsininin spirtli içkilərin, psixotrop maddələrin təsiri altında idarə edilməsi ciddi təhlükədir.
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayını azaltmaq üçün ilk növbədə təbliğat işini gücləndirmək lazımdır: “Sürücü, piyada, və sərnişin məsuliyyəti artırılmalıdır. Avtomobil parkının yenilənməsi, müasir avtomobillərə sahiblənmək də yol-nəqliyyat hadisələrinin azalmasında təsirini göstərir.
Sürcü və piyadalar diqqətli, səbirli olmalı, ən əsası da, yol hərəkət qaydalarına riayyət etməlidilər ki, nə cərməyə nə də ki qəzaya düşub həyatlarından, sağlamlıqlarından olmasınlar.
Motosikleti bir təkər üzərində sürən şəxsi polis saxlayıb cərimələdi - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO











