Yola düşən dəmir parçası qəzaya səbəb oldu; avtomobil yanıb kül oldu - VİDEO

Türkiyənin İstanbul şəhərində qəzaya uğrayan minik avtomobili yanıb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 5-də səhər saatlarında Ümraniye rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, Savaş Gezenin idarə etdiyi 34 LF 1541 qeydiyyat nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən yoldakı dəmir parçasının üzərindən keçən zaman təkəri parlayıb və o, təhlükəsizlik zolağına keçərək nəqliyyat vasitəsini park edib. Bir müddət sonra isə eyni istiqamətdə irəliləyən Oben Özdemirin idarə etdiyi 34 GR 1999 qeydiyyat nömrə nişanlı maşın, həmin dəmir parçasının üzərindən keçərkən sükan idarəetməsini itirərək, əvvəlcə park edilmiş avtomobillə çırpılıb, daha sonra isə yoldan çıxaraq su kanalına düşüb.
Su kanalına düşən avtomobilin içində olan Özdemir və anası Ayşe Karabulut, ətrafdakı sürücülər tərəfindən salondan çıxarılıblar. Ardınca isə minik maşını yanmağa başlayıb.
Qəza nəticəsində ana və oğul xəsarətlər alıb. Yaralılar, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar, yanan avtomobil isə yanğınsöndürmə bölməsi tərəfindən söndürülüb.
Faktla əlaqədar araşdırma aparılır.
Namiq Musayev
Qayda pozan “BMW” sürücüsü 12 yaşlı qızı keçiddə vurdu - VİDEO
Özbəkistanda yeni seriya nömrə - ANT - VİDEO
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO











