Yolayrıcında 80 manatlıq qayda pozub başqalarının yolunu kəsirlər – VİDEO

Avtosfer TV 15 Dekabr 2023 10:00 Oxunub 716
Yolayrıcında 80 manatlıq qayda pozub başqalarının yolunu kəsirlər – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yolayrıcını keçmə qaydasını pozan sürücülər kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Şərifzadə küçəsində - Günəş petrolun qarşısında baş verib. Yeni Yasamal istiqamətində hərəkət edən sürücülər qarşıda sıxlıq olduğunu gördükləri halda yolayrıcına daxil olaraq Şərifzadə küçəsində hərəkət edənlərin yolunu kəsib. Nəticədə Şərifzadə küçəsində svetoforda dayanan sürücülər yaşıl işıqda hərəkət edə bilməyərək yenidən qırmızı işığa düşüblər.


Qeyd edək ki, bu ərazidə belə hallar hər gün baş verir. Bu cür qayda pozuntusuna görə cərimələr 60 manatdan 80 manat 3 bala qaldırılsa da yenə də intizamsızlıq edən sürücülər var. Görünür, ərazidə kamera və polis nəzarətinə daha ciddi formada ehtiyac var.

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh