Yolda aparılan təmir dəhşətli qəzaya səbəb olacaqdı - VİDEO

Azərsu Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt şəhərində apardığı təmir işi sürücünün qəzaya düşməsinə səbəb olacaqdı. Avtosfer.az">Avtosfer.az-a müraciət ünvanlayan sürücü bildirir ki, yanvarın 25-i Sumqayıt şəhəri Səməd Vurğun küçəsində (Novxanı şossesində) hərəkət edərkən qarşısına qəfildən avtomobil çıxıb. Bu zaman məlum olub ki, Azərsu ASC-nin əməkdaşları yolun digər hərəkət hissəsində təmir işləri gördüyü üçün nəqliyyat vasitələrini qarşı hərəkət zolağına yönəldiblər. Sürücü bu barədə həm orada işləyən əməkdaşlara, həm də Azərsu ASC-nin 955 qaynar xəttinə şikayətini bildirib.
Bəs bu cür halda qəza baş verərsə günah kimdə olacaq?
Avtomobil yollarında hər hansı bir təmir işi gedərsə mütləq həmin ərazidə həm təmirlə bağlı, həm də hərəkət sxeminin dəyişdirilməsi ilə bağlı yol nişanları quraşdırılmalıdır. Bu nişanlar quraşdırılmadan təmirin aparılması qanunvericiliyə ziddir. Əgər təmir gedən ərazidə lazımi yol nişanları quraşdırılmazsa və bu səbəbdən yol nəqliyyat hadisəsi baş verərsə məsuliyyəti həmin qurum daşımalıdır.
Fərid
Özbəkistanda yeni seriya nömrə - ANT - VİDEO
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO










