Yolda "qaçdı-tutdu" oynayan sürücülər Penitensiar Xidmətin kortecinə təhlükə yaratdı - VİDEO

Avtosfer TV 22 Dekabr 2023 13:00 Oxunub 5376
Yolda "qaçdı-tutdu" oynayan  sürücülər Penitensiar Xidmətin kortecinə təhlükə yaratdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bəzən sürücülər arasında yaranmış konflikt yoldakı digər nəqliyyat vasitələrinə də təsir edir. Xüsusilə öndəki avtomobilin arxadan gələn nəqliyyat vasitəsinə yol verməməsi sürücülər arasında geniş yayılıb. Bu halda əsəbiləşən sürücü sükan arxasında olduğunu unudur və “qisas” almağa çalışır. Belə ki, o, yol verməyən sürücünü sıxışdırır, yaxud təqib edərək təhlükəli manevrlər edir. Bu isə çox vaxt digər avtomobillərin hərəkətinə əngəl törədir və vəziyyətdən xəbərsiz olan sürücülər qəza şəraitiylə üz-üzə qalır.

Lakin bu tip sürücülər unutmamalıdır ki, yolda yaratdıqları sürtüşmələr böyük qəzalara səbəb ola bilər.

Qeyd etdiyimiz halla bağlı paytaxtın Heydər Əliyev prospektində təhlükə saçan sürücülər görüntülənib.

Avtosfer.az xəbər verir ki, hadisə bu gün (22 dekabr) səhər saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, 99-ZS-834 dövlət nömrə nişanlı “Nissan Sunny” markalı və 99-HC-510 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillər yolda təhlükəli manevrlər ediblər. Belə ki, sol zolaqdakı “Nissan” anidən sağa keçərək hərəkətdə olan Penitensiar Xidmətin maşınına qəza riski yaradıb. Onu təqib edən “Mercedes” sürücüsü də sağa manevr edib və Xidməti maşına ikinci dəfə təhlükə yaradıb. Lakin peşəkar sürücü anidən sol zolağa keçərək yaranmış vəziyyətdən çıxmağı bacarıb. Qayda pozan sürücülər isə yolu zəbt edərək mübahisələrinə davam ediblər.

Nərmin 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh