Yolda rəqs edən qız polisə çağırıldı - Maşın müğənninindir

Dünəndən Bakıda bir qızın maşınla yolun ortasında rəqs etməsi müzakirələrə səbəb olub. Hadisə Cavanşir körpüsünün yaxınlığında baş verib və görüntülərdən məlum olur ki, xanım digər hərəkət iştirakçılarına mane olur, onların diqqətini yayındırır. “Qafqazinfo” məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə əlaqə saxlayıb. K.Əliyev bildirib ki, artıq həmin xanımın kimliyi yol poilisi tərəfindən müəyyən olunub: “Bununla bağlı Bakı şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb. O xanım idarəyə dəvət olunub. İlkin araşdırmalar gedir. Bizim də müəyyən etdiyimizə görə, maşın müğənni Nur Cəfərlinin adınadır. Onun nə səbəbdən belə atdım atdığı verdiyi ifadədən sonra məlum olacaq. Hadisənin nə vaxt baş verdiyi də hələ ki, bilinmir. Belə bir halın ümumilikdə yolun hərəkət hissəsində edilməsi cəmiyyət içərisində yaxşı qarşılanmır. Bu insanlara heç də yaxşı nümunə deyil. Oynamağa yermi azdı? Cəmiyyətdə tanınmaq üçün belə yollara baş vurmaq lazım deyil. Yəqin ki araşdırmalar bitdikdən sonra məsələ aydınlaşacaq”.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












