Avtosfer.az | Reklam
Yoldan çıxan “Reno” havada uçaraq divara çırpıldı; 1 ölü, 3 yaralı – ANBAAN VİDEO
Avtosfer TV 18 İyul 2020 20:37 Oxunub 1506
Yoldan çıxan “Reno” havada uçaraq divara çırpıldı;  1 ölü, 3 yaralı – ANBAAN VİDEO

Rusiyanın Novosibirsk əyalətində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə iyulun 18-də Kolçov qəsəbəsi ərazisində qeydə alınıb.

Məlumata görə, 17 yaşlı sürücü idarə etdiyi “Renault Logan” markalı minik avtomobillə, hərəkətdə olarkən qəfildən sükan idarəetməsini itirərək yoldan çıxıb və havada uçaraq su kanalının divarına çırpılıb. Zərbənin şiddətindən nəqliyyat vasitəsində olan 18 yaşlı oğlan kənara düşüb.

Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalar aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh