Yollarda nömrəsiz maşınlar şütüyür: özü də yüksək sürətlə - VİDEO

Avtomobillərin yüksək sürətlə və intensiv hərəkət etdiyi yolda nömrəsi olmayan bir avtomobil də var. Kadrlar ötən gün Ələt-Astara magistralında lentə alınıb. Yolda hərəkətdə olan ''VAZ 21 011'' jiquli markalı avtomobilin arxa hissəsində dövlət qeydiyyat nömrə nişanı yoxdur. Üstəlik avtomobil saatda 100 km-dən artıq sürətlə hərəkət edir Avtomobil ötüb keçildikdən sonra məlum olur ki, maşının ön hissəsində də nömrə yoxdur. avtomobilin ümumi görüntüsündən isə texniki nasaz olduğu görsənir.
Bu kadrlar bir daha yollarda olan bəzi sürücülərin məsuliyyətsizliyini və digər hərəkət iştirakçıları üçün törətdiyi təhlükəni göstərir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, həmin avtomobilin sürücüsü bu hərəkəti ilə böyük məsuliyyətsizliyə yol verib. nömrəsiz avtomobillərlə yol verilən qayda pozuntuları təkcə avtomobil sahibinin yox, elə yol polislərinin də işini xeyli çətinləşdirir. Ərşad Hüseynova görə, son dövrlər belə hallara yol verən sürücülərin sayının artmasının əsas səbəbi qanunvercilikdə kifayət qədər sərt cəza tədbirinin olmamasıdır.
Qaldı ki, elə bu qayda pozan sürücünün necə müəyyən edilməsinə, ekspert deyir ki, polis əməkdaşları yollara quraşdırılan kameralar vasitəsi ilə həmin avtomobilin izinə düşərək onu tapa bilərlər.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












