Banner

Yollardakı açıq lyuklar maşınlara ziyan vurur – TƏLİMÇİDƏN ÇAĞIRIŞ - VİDEO

Avtosfer TV 29 Sentyabr 2025 17:30 Oxunub 1098
Yollardakı açıq lyuklar maşınlara ziyan vurur – TƏLİMÇİDƏN ÇAĞIRIŞ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın bəzi küçələrinin nəqliyyat infrastrukturunda sürücülərə çətinlik yaradan maneələrə tez-tez rast gəlinir. Bu çətinliklər həm maddi, həm də psixoloji cəhətddən ola bilir.

Avtosfer.az xəbər verir ki, belə hallardan biri Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində müşahidə olunur. Avtomobil təlimçisi Arzu Babazadə ərazidən video çəkərək bildirib ki, yolun ortasında kanalizasiya lyuku açıq vəziyyətdə qalıb. Bu isə ərazidən keçən sürücülərin lyuku görməməsinə və avtomobillərə ciddi ziyan səbəb olub. Sakinlərin sözlərinə görə, açıq lyuk həm nəqliyyat vasitələri, həm də piyadalar üçün böyük təhlükə yaradır.

Hadisədən narahat olan sürücülər və ərazidə yaşayan sakinlər təhlükənin qarşısını almaq üçün müvəqqəti tədbir görüblər. Onlar lyukun üzərinə bir ağac budağı qoyaraq sürücülərin diqqətini cəlb etməyə çalışıblar.

Təlimçi Arzu babazadə məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edilməsi və problemin tezliklə aradan qaldırılmasını tələb edib. O bu cür məsuliyyətsizliyin hər an qəza və ağır nəticələrə səbəb ola biləcəyini qeyd edib.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh