Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO

Motosikletçi yol baryerləri ilə bağlı aidiyyəti qurumlara çağırış edib.
Motosikletlərin iştirakı ilə baş verən qəzalarda yollarda quraşdırılan metal baryerlərin təhlükə yarada biləcəyi bildirilib.
Avtosfer.az xəbər verir ki, motosikletçi, bloqer Elxan Qəniyev sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və digər aidiyyəti qurumlara müraciət edib.
O bildirib ki, yolların kənarında quraşdırılan metal baryerlər avtomobillərin təhlükəsizliyinin təmin olunması və insan həyatının qorunması məqsədi daşıyır. Lakin eyni yollardan motosikletlərin də istifadə etdiyini nəzərə alsaq, qəza zamanı baryerlərin açıq metal dayaqları motosikletçilər üçün ciddi təhlükəyə çevrilə bilər.
Elxan Qəniyev qeyd edib ki, bir sıra ölkələrdə bu problemin qarşısının alınması üçün mövcud baryerlərin aşağı hissəsinə motosikletçiləri qoruyan əlavə təhlükəsizlik sistemləri quraşdırılır.
“Motosikletçilərin təhlükəsizliyi də yol infrastrukturunun inkişafında nəzərə alınmalıdır. Gələcəkdə belə qoruyucu sistemlərin yollarımızda tətbiqini görmək istərdik”, – deyə o vurğulayıb.
Bloqer bildirib ki, motosikletçilər hər hansı xüsusi imtiyaz tələb etmirlər, əsas məqsəd yollarda daha təhlükəsiz hərəkət etmək və qəza zamanı xəsarət risklərini azaltmaqdır.
“Çünki sükan arxasında sadəcə bir motosikletçi yoxdur. O, kiminsə övladıdır, atasıdır, qardaşıdır, həyat yoldaşıdır. Və onu evdə gözləyən bir ailəsi var. Biz xüsusi imtiyaz istəmirik. Sadəcə təhlükəsiz şəkildə evimizə qayıtmaq istəyirik”, – deyə Elxan Qəniyev bildirib.
Eltac Züflüqaroğlu
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO
Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO












