Yolu kəsən iki qadın sürücü çətin anlar yaşatdı - VİDEO
Avtosfer TV 6 Avqust 2020 18:38 Oxunub 1836
Yolu kəsən iki qadın sürücü çətin anlar yaşatdı  - VİDEO

Paytaxtın Həsən Əliyev küçəsində yolayrıcını zəbt edən qadın sürücülər tıxaca səbəb olub. Avtosfer.az xəbər verir ki, Səməd Vurğun küçəsi ilə hərəkətdə olan "Mitsubishi" və "Opel" markalı avtomobillərin qadın sürücüləri işıqforun son saniyəsində yolayrıcına daxil olub. Bu zaman isə Həsən Əliyev küçəsindən gələnlər üçün yaşıl işıq yanıb. Lakin qadın sürücülər təxminən 1 dəqiqə ərzində yolayrıcında qalıblar. Yalnız digər sürücülərin müdaxiləsindən sonra yolayrıcını tərk ediblər. Nəticədə isə tıxac yaranıb. 
Qeyd edək ki, paytaxtın bəzi küçə və prospektlərində bu cür halların qarşısını almaq üçün BNA tərəfindən sarı zolaqlar çəkilib. Həmin ərazidə də bu zolağın olması yaxşı olardı. Videonu təqdim edirik:

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh