Banner

Yolu qaçaraq keçən bacı-qardaşı motosiklet vurdu; biri öldü – VİDEO (+18)

Avtosfer TV 13 Avqust 2025 21:00 Oxunub 576
Yolu qaçaraq keçən bacı-qardaşı motosiklet vurdu; biri öldü – VİDEO (+18)
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yolu qaçaraq keçən bacı-qardaşı motosiklet vurub. Avtosfer.az xəbər verir ki, Türkiyənin Mersin şəhərində baş verən hadisənin həssas görüntüləri kameraya düşüb.

Məlumata görə, 20 yaşlı sürücü idarə etdiyi 31-N-0625 dövlət nömrə nişanlı motosikletlə yüksək sürətlə hərəkətdə olarkən yolu qaçaraq keçən 5 və 7 yaşında olan bacı-qardaşı vurub. Zərbənin təsirindən uşaqlar metrlərlə sürüklənib. Qəza nəticəsində ağır xəsarətlər alan 5 yaşlı uşaq hadisə yerində ölüb, sürücü və 7 yaşlı digər uşaq isə xəstəxanaya yerləşdirilib.

Həkimlərin müayinəsindən sonra motosiklet sürücüsü polis bölməsinə aparılıb və daha sonra hakim qarşısına çıxarılaraq həbs edilib.

Sözügedən qəzanın anbaan videosunu təqdim edirik:

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh