Yolun ortasında maşın saxlayıb taksi sürücüsünə hücum çəkdi - “Siqnal vermə” - VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində sürücünün məsuliyyətsiz davranışı səbəbindən nəqliyyatın hərəkətində ciddi sıxlıq yaranıb.
Avtosfer.az xəbər verir ki, hadisə zamanı 90-TF-797 dövlət nömrə nişanlı “Land Rover LR2” markalı avtomobilin sürücüsü yolun sağ zolağında avtomobilini saxlayaraq digər nəqliyyat vasitələrinin hərəkətinə əngəl yaradıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın görünür ki, avtomobilin qeyri-qanuni dayanması səbəbindən əraziyə keçmək istəyən digər sürücülər çətinliklə üzləşiblər. Xüsusilə taksi sürücüsü ilə həmin avtomobilin arxasında dayanan başqa bir sürücü arasında sərt mübahisə yaşanıb.
Kadrlarda, həmçinin, bir motosiklet sürücüsünün “Yolu açın, işimiz var!” deyə irad bildirməsi diqqət çəkir. Hadisə nəticəsində yolun həmin hissəsində nəqliyyat axını bir neçə dəqiqəlik dayanıb, bu isə digər sürücülərin narazılığına səbəb olub.
Qeyd edək ki, dayanma və durma qaydalarının pozulması, xüsusilə intensiv hərəkət olan küçələrdə bu kimi hallara yol verilməsi, Yol Hərəkəti Haqqında Qanunun açıq şəkildə pozulmasıdır və bu cür hərəkətlər inzibati cərimə ilə nəticələnə bilər.
Eltac Zülfüqaroğlu
Kuryer qadın sürücünün qarşısını kəsib döydü, başqa sürücü də onu əzişdirdi - VİDEO
Sumqayıtda azyaşlı yolda təhlükə saçdı: Qorxulu anlar yaşandı - VİDEO
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO










