Bakıda yük avtomobili "Mercedes"i sürüyüb yoldan çıxartdı - VİDEO

Avtosfer TV 9 İyul 2022 19:23 Oxunub 2264
Bakıda yük avtomobili "Mercedes"i sürüyüb yoldan çıxartdı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda baş verən qəza hadisəsi avtomobilin qeydiyyat kamerasında görüntülənib. Avtosfer.az xəbər verir ki, hadisə minik avtomobili ilə yük avtomobili arasında olub. Belə ki, yük avtomobili “Mercedes” markalı avtomobillə toqquşub və sonuncu yoldan çıxıb.

Minik avtomobili sürücülərinin nəzərinə çatdıraq ki, yollarda hərəkət zamanı nəqliyyat vasitələrini yük avtomobillərindən mümkün qədər məsafə saxlayaraq idarə etsinlər. Təqdim etdiyimiz qəzadan da görünür ki, “Mercedes” yük avtomobili sürücüsünün görünüş dairəsində deyil və o manevr edərkən digər maşını vurub bir neçə metr sürüyərək yoldan çıxardır.

Sözügedən hadisənin görüntülərini təqdim edirik:

Nərminə Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh