Yük avtomobili minik maşınının üzərinə aşdı: xəsarət alan var – VİDEO

Bakının Binəqədi rayonu ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında, Rəşid İsmayılov küçəsində dairəvi hərəkət zolağına daxil olan 1983-cü il təvəllüdlü Yolçuyev Eynur Canpolad oğlunun idarə etdiyi "Kamaz" markalı ağırtonnajlı yük avtomobili aşıb.
Nəticədə maşının yük bortunda olan beton pilətələr yola tökülüb. Rəfael Allahverənova məxsus "Mercedes" markalı avtomobilə ciddi ziyan dəyib. Yük avtomobilinin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralı "Report"a bildirib ki, hadisə onun avtomobilinin nasaz olması səbəbindən baş verib. Yerə yanacaq dağıldığından əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.
Binəqədi Rayon Yol polis şöbəsinin əməkdaşları hadisənin dəqiq başvermə səbəblərini araşdırır.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












