Banner

Yük maşını ilə avtobusun arasında qalan taksinin son halı - VİDEO - FOTO

Avtosfer TV 3 Noyabr 2022 12:00 Oxunub 986
Yük maşını ilə avtobusun arasında qalan taksinin son halı   - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, ötən gün Rusiyada faciəvi yol-nəqliyyat hadisəsi baş verib. Qəzadan sonra xilasetmə qrupunun videokadrları yayılıb. Videoda deformasiyaya uğramış minik avtomobilinin necə hissələrə bölündüyü aşkar görünür.

Avtosfer.az yerli KİV-ə istinadən bildirir ki, taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitəsi avtobus və yük maşınının arasında qalıb. Hadisə zamanı həm sürücü, həm qadın sərnişin avtomobildə sıxılaraq həyatını itirib.

Qeyd edək ki, qəzaya səbəb olan yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. Lakin sonradan polis əməkdaşları tərəfindən tapılıb, saxlanılaraq məsuliyyətə cəlb olunub. Məlum olub ki, hadisə yerindən qaçan sürücü 27 yaşlı Belarus vətəndaşı Viçeslav Pivavardır.

Əldə olunan videogörüntüləri təqdim edirik:

Nərminə Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh