Avtosfer.az | Reklam
Yük maşını patrul avtomobilinə çırpıldı; tağım komandirinin müavini öldü - VİDEO
Avtosfer TV 13 Avqust 2020 12:39 Oxunub 964
Yük maşını patrul avtomobilinə çırpıldı;  tağım komandirinin müavini öldü  - VİDEO

Rusiyanın paytaxtı Moskvada iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Serpuxov rayonu ərazisində qeydə alınıb. Məlumata əsasən, yüksək sürətlə hərəkətdə olan yük maşını, sürücünün idarəetməsindən çıxaraq yol kənarında dayanmış yol patrul xidmətinin avtomobilinə çırpılıb. Zərbənin şiddətindən polis maşını yolun hərəkət hissəsinə düşüb və deformasiyaya uğrayıb.

Şahidin sözlərinə görə, qəza nəticəsində tağım komandirinin müavini ölüb.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh