Yük maşını təlim avtomobilinə çırpıldı; təlimçi öldü, tələbə isə ağır yaralandı – ANBAAN VİDEO

Rusiyanın İvanov əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Kadrlarda, sürücülük məktəbinə məxsus olan “Lada Kalina” markalı təlim avtomobilinin hərəkətdə olduğu və digər zolağa manevr etmək üçün yolun boşalmasını gözlədiyi görülür. Bu zaman “Scania” markalı yük maşını bilinməyən səbəblərdən “Lada”ya çırpılır.
Zərbənin təsirindən minik avtomobili deformasiyaya uğrayaraq qarşı zolağa düşür və “Opel Corsa” ilə toqquşur.
Rusiya DİN-in əyalət üzrə mətbuat xidmətindən verilən məlumata görə, qəza nəticəsində 43 yaşlı sürücülük təlimçi vəfat edib, sükan arxasında olan 19 yaşlı təlim alan şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı cinayət işi açılıb, yük maşının sürücüsü həbs edilib.
Namiq Musayev
Motosikleti bir təkər üzərində sürən şəxsi polis saxlayıb cərimələdi - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO











