Yük maşınının ağırlığına tab gətirməyən körpü çökdü - VİDEO  
Avtosfer TV 12 İyul 2020 20:08 Oxunub 718
Yük maşınının ağırlığına tab gətirməyən körpü çökdü - VİDEO  

Hindistanda təmiri davam edən körpü çöküb. Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, insident Uttarahand şəhərində qeydə alınıb.

Məlumata görə, Lilama-Cohar vadisinə gedən yolun üzərində yerləşən və təmirdə olan körpünün konstruksiyası, ekskavator daşıyan yük avtomobilinin ağırlığına tab gətirə bilməyərək uçub.

Bildirilir ki, hadisə zamanı ölən olmasa da, yük avtomobilinin sürücüsü və daha bir neçə nəfər ciddi xəsarətlər alıblar.

Qəzanın görüntüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az həmin kadrları təqdim edir.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh