Zəncirvari qəzalarda sığorta ödənişləri necə tənzimlənir? - VİDEO

Dünən Yasamal rayonunda baş verən zəncivari qəzada eyni anda 10-a yaxın avtomobilə ciddi ziyan dəyib. Hadisəyə sürücülərdən birinin avtomobilini yüksək sürətlə idarə etməsinin səbəb olduğu bildirilir.
Ümumilikdə isə qəzada avtomobillərə dəymiş zərərin 10 min manatdan artıq olması ehtimal edilir. Bu hadisə bir daha zəncirvari qəzalarda sığorta ödənişlərinin hansı qaydada edilməli olduğunu gündəmə gətirib.
Sığorta eksperti Vüsal Bədəlov deyir ki, Bakı tıxaclar şəhəri olduğu üçün belə hadisələr tez-tez olur. Xüsusilə bu kimi hadisələrdə sığorta ödənişləri zamanı ciddi narazılıqlar yaranır. Çünkü belə hadisələrdə zərər vuranın sığorta şirkəti maksimum 5 min manatlıq maddi ziyanı qarşılayır.
Ekspertin sözlərinə görə, əslində sürücülərin az bir məbləğ ödəməklə öz məsuliyyət sığortalarının məbləğini artırmaq imkanları var. Yəni sürücülər icbari avtosığorta ödənişindən əlavə təxminən 20-40 manat əlavə ödəməklə 5 min deyil, əlavə 10 min manata qədər təminat ala bilərlər.
Ekspert deyir ki, əgər şəxsin əlavə məsuliyyət sığortası yoxdursa, bu zaman o, zərərçəkmişlər tərəfindən məhkəməyə verilə bilər. Nəticədə məhkəmə qaydası ilə dəyən zərər həmin şəxsin öz hesabına qarşılanır.
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











