Zəncirvari qəzaya səbəb oldu, sonra da rahat çıxıb getdi - REAL VİDEO
Avtosfer TV 16 Noyabr 2020 11:55 Oxunub 850
Zəncirvari qəzaya səbəb oldu, sonra da rahat çıxıb getdi - REAL VİDEO

Bakıda baş vermiş zəncirvari qəza kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Parlament prospektində, Milli Məclisin qarşısında baş verib. Belə ki, hərəkətdə olan avtomobil qəfil yolun ortasında dayanır. Digər maşının sürücüsü isə ona dəyməmək üçün əyləci basır. Nəticədə dayanan maşına dəymir. Amma ara məsafəsini düzgün seçməyən üçüncü avtomobil isə ortadakı maşını vurur. Qəzaya səbəb yaradan sürücü isə heç nə olmamış kimi hadisə yerindən uzaqlaşır. Videonu təqdim edirik:

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh