Zəngəzur dəhlizi ilə bağlı nələr gözlənilir? - Ermənistandan qayıdan ekspertdən AÇIQLAMA - VİDEO

13–14 fevral 2026-cı il tarixində Ermənistanda, Tsaxkadzor şəhərində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti, ekspert icması və media nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib.
Avtosfer.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai şuranın üzvü, nəqliyyat eksperti Rauf Ağamirzəyev də bu görüşdə iştirak edib. Studiyamızın qonağı olan Rauf Ağamirzəyev Ermənistanın sərhədboyu yolları, TRIPP layihəsi və Ermənistanda sülh prosesinə münasibət barədə danışıb. O qeyd edib ki, bu dəfəki səfər tarixi əhəmiyyət daşıyıb:

“Çünki 30 il ərzində Azərbaycandan Ermənistana quru yolu ilə, yəni sərhəd məntəqəsindən keçərək səfər edən olmamışdı. Bu məhz sülh yolunda atılmış addımdır. Elə təşəbbüsün adı da “Sülh körpüsü”dür. İştirakçılar dəyişən regional təhlükəsizlik mühiti və sülh prosesi nəticəsində yaranan iqtisadi imkanlarla bağlı fikir mübadiləsi apardılar. Bu keçid iştirakçılar tərəfindən etimadın möhkəmləndirilməsi istiqamətində mühüm praktik addım və iki ölkə arasında normallaşma prosesinin mərhələli şəkildə irəliləməsinin aydın göstəricisi kimi qiymətləndirilib.
Müzakirələr Azərbaycan-Ermənistan münasibətlərinin cari mərhələsinə və gələcək inkişaf istiqamətlərinə, 8 avqust 2025-ci il tarixində Vaşinqton Sammitində dəstəklənmiş sülh gündəliyinin icrasına və bunun region üçün nəticələrinə həsr olunub. Düşünürəm ki, bütün bu proseslər sülhə gedən yolda önəmli bir addımdır.
Ermənistanla Azərbaycandakı yolları müqayisə etsək deyə bilərəm ki, ölkəmizin yolları son 20 ildə çox təkmilləşib. Bir sıra yollarımız magistral səviyyəsinə çatdırılıb, 2 zolaqlı yoldan 4 zolaqlı yollara keçirilib. Bu işlər artıq Qərb istiqamətində bitib. Ermənistanda yollar sərhədboyu yaxşı vəziyyətdə olsa da, əksəriyyəti 2 zolaqdan ibarətdir, müəyyən hissələrdə isə bu 4 zolağa keçir. Ümumi olaraq qənaətbəxş hesab etmək olar, amma dəhlizlər kontekstində baxanda genişləndirilməsinə ehtiyac var.
TRIPP layihəsi ilə bağlı müəyyən işlər görülüb. Yaxın günlərdə layihənin yeni mərhələsinə keçid üçün Vaşinqtonda görüşlər keçiriləcək və texniki-iqtisadi əsaslandırma, aktiv tikinti işləri, eləcə də daha sürətli icrası yönündə işlər görüləcək”.
Rauf Ağamirzəyevlə həmin müsahibəni sizə təqdim edirik:
Səfər
Qadın sürücü hamilə qadını və uşağını vurdu – Uşaq tələf oldu – ANBAAN VİDEO
Yasamalda necə gəldi manevr edən sürücü motosikleti vurdu - VİDEO
Dəyişiklikdən sonra “Şamaxinka”da vəziyyət necədir? - VİDEO
Bakıda dəhşətli səhlənkarlıq: Kuryeri vurdu, yerdəykən hərəkətə başladı - REAL VİDEO
Ağır qəza törədən 68 yaşlı qadın sürücü həbs edildi – “Hyundai”ı divara vurub aşırdı - VİDEO
Qatarları qəzaya salmaq istəyənlər var - Ölümlə oynayanlar kimlərdir? - REAL VİDEO
“Bolt” təhsil müəssisələrində yeni sosial layihəyə start verib – RƏSMİ - VİDEO
Atasının maşını ilə polisdən qaçan 18 yaşlı gənc ağır qəza törətdi; dostu öldü - VİDEO
Bakıda təhlükə saçan sürücü: Sükanı buraxıb qadın sərnişini dəfələrlə vurdu - VİDEO
Qayda pozan “BMW” sürücüsü 12 yaşlı qızı keçiddə vurdu - VİDEO
Özbəkistanda yeni seriya nömrə - ANT - VİDEO








