"07" ilə "avtoş"luq edən sürücü 15 sutka həbs olundu - "Tələsirdim" - VİDEO

Yol polislərinin Göygöldə reydləri həftəsonu da davam edib. Budəfəki reydlər maraqlı məqamları ilə əvvəlkilərdən xeyli fərqlənib. Sutkalıq həbs cəzası verilən sürücüyə də rast gəlinib. Baş Dövlət Yol Polisi İdarəsinin Göygölün yol polisləri ilə birgə keçirdiyi reydlər şənbə və bazar günləri də davam edib. Bu dəfə də xeyli sürücünün sükan arxasında sərxoş əyləşdiyi müəyyən edilib. Kütləvi yoxlamalar zamanı diqqətçəkən məqam yol polisinin "saxla" işarəsinə tabeçilik göstərməyən sürücünün avtoxuliqanlıq etməsi olub. Dərhal reyd yerinə Göygöl rayon polis şöbəsinin əməliyyat qrupu cəlb olunub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 10 UD 347 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobili idarə edən sürücü - Göygöl sakini, 38 yaşlı Ramin Qurbanov saxlanılıb. Onun barəsində toplanan material Göygöl rayon məhkəməsinə göndərilib və ona 15 sutka həbs cəzası verilib. Gecə saatlarında yol polisinə tabeçilik göstərməyən və digər hərəkət iştirakçılarına maneçilik törədən sürücü məhkəmənin qərarından sonra hərəkətini bu cür izah edib.
Ramin Qurbanov - saxlanılan şəxs: "Əməlimdən peşmanam. Tələsirdim ona görə bu iş oldu. Səhv etmişəm. Belə bir addım atmaq olmaz".
Kəpəz TV
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










