100 il sonra bu avtomobillər istifadə ediləcək - FOTO

Almaniyanın avtomobil nəhəngi BMW korporasiyasının 100-ncü ili çərçivəsində növbəti əsrdə istifadə edilməsi ehtimal edilən konsepsiya avtomobillərini tanıtıb.
Avtosfer.az "Marja"ya istinadən xəbər verir ki, 1990-ların əvvəlində İngiltərənin Mini markasının sahibi Rover Group-u satın alan BMW, kiçik avtomobillərinin gələcəyini "Mini Vision Next 100"də toplayır. Sürücüsünü uzaqdan tanıya bilmək funksiyasına malik yeni nəsil Mini xüsusi bir işıqlandırma ilə "salam" deyir. Avtopilotla da istifadə edilən avtomobil, sürücünün vərdişlərinə görə sürüş sistemini özəlləşdirə, tavan hissəsində yol marşrutunu çəkə bilir. BMW-nin "The Vision Next 100" adlı konsept avtomobilinin təkərləri maşının gövdəsilə kompakt (bütünləşərək) görünür. Mini-nin özü-özünü istifadə üdə bilmək xüsusiyyətinə malik "The Vision Next 100"ü, süni zəkaya malik olacaq. Sükan isə maşını park etdikdən sonra özünü bükəcək.

BMW-nin ən böyük bombası isə kosmos gəmisinə bənzəyən motosikletidir. "Vision Next 100 Motorrad" adlı motosiklet, nəhəng təkərləri sayəsində qətiyyən aşmır. Yoldan çıxdıqda isə xüsusi bir sistem işə düşür. Mühərriki istifadə edən adamın geyindiyi xüsusi libas, təhlükə halında sürücüyə titrəyişlər göndərir.

Gələcəyin ən dəbdəbəli avtomobili hələ də Rolls Royce ola bilər. "103EX" adlı modeldə sürücü və yanındakı qonaq kreslolara deyil, bir divana yerləşərək, OLED ekran vasitəsilə avtomobil istifadə edə bilirlər. Maşının qapıları avtomatik olaraq tərəfdən və tavandan açıla bilir. Əşyalar üçün isə maşının baqajı deyil gizli bölmələri var.


“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










